AFFA iki komandaya texniki məğlubiyyət verdi

AFFA iki komandaya texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib.

Fanat.Az xəbər verir ki, bu barədə qurumun son iclasında qərar qəbul olunub.

AFFA U-14 Liqasında “Sabah”la səfər matçında təyin edilən vaxtda meydanda olmadığına görə "Masallı" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

AHFF-nin birinciliyinin V turunun “Ərkivan” – “Salyan 2018” oyunu təhlükəsizlik xidməti təyin edilmiş vaxtda gəlmədiyi üçün baş tutmayıb. Bu səbəbdən meydan sahibi komanda texniki məğlubiyyətlə cəzalandırılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər