Adil Şükürov Paşayevi hədəfə aldı: "Bunun adı qərəzdi!"

Adil Şükürov Paşayevi hədəfə aldı: "Bunun adı qərəzdi!"

Topaz Premyer Liqasıın XIV turu çərçivəsində keçirilən "Sumqayıt" - "Zirə" matçından sonra qonaqların baş məşqçisi Adil Şükürov mətbuat konfransı keçirib. Mütəxəssis Ömər Paşayevi "ağ yuyub, qara sərdi". 

- Rəqib komandanı təbrik edirəm. Fərqlənmək üçün imkanlarımız oldu. Ancaq ilk dəfə hakimlik barədə danışacam. Birinci dəfə deyil ki, Ömər Paşayev komandamıza qarşı qərəz nümayiş etdirir. Uşaqlara bu cür hava şəraitində mübarizə apardıqları üçün təşəkkür edirəm.

- Hücumçu sarıdan korluq çəkməyiniz aşkar sezilir. Bu problemi fasilədə aradan qaldıracaqsınızmı?

- Danışıqlar gedir. Ancaq imkanlarımız olduqda da hakim gülməli qərar verir. Cərimə meydançasında oyunçu əliylə oynayır, cərimə zərbəsi təyin edir, sarı vərəqə göstərmir. Bunun adı qərəzdi! Başqa adı varsa, siz yazın, mən də elə adlandırım. (Futbolinfo.az)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər