ABŞ Qran-Prisini Ferstappen qazandı

ABŞ Qran-Prisini Ferstappen qazandı

Formula 1 üzrə ABŞ Qran-Prisinin qalibi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, Ostin avtodromunda keçirilən yarışın qalibi "Red Bull" pilotu Maks Ferstappen olub. Ona kuboku əfsanəvi basketbolçu Şakil O Nil buynuzlu avtomobillə gətirib.

"Mercedes"in pilotu Lüis Hemilton ikinci, "Red Bull"un digər üzvü Serxio Peres üçüncü yeri tutub.

Beləliklə, Ferstappen 287,5 xalla ümumi sıralamada liderliyini möhkəmlədib. 

Hemilton 275,5 xalla ikinci, onun komanda yoldaşı Valtteri Bottas 185 xalla üçüncü pillədə qərarlaşıb.

Konstruktorlar Kubokunda "Mercedes" 460,5 xalla liderliyini davam etdirir. Hesabında 437,5 xal olan "Red Bull" ikinci, 254 xala malik "McLaren" üçüncüdür.

Növbəti Qran-pri 5 - 7 noyabrda Meksikada keçiriləcək.

ABŞ Qran-Prisini Ferstappen qazandı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər