Joze Mourinyonun istefasından sonra "Çelsi"ni yayadək Quus Hiddinkə tapşıran Roman Abramoviç baş məşqçi axtarışındadı. Pep Qvardiolanı komandanın başına gətirmək istəyi baş tutmayan rusiyalı milyonçunun növbəti hədəfi müəyyənləşib.
Fanat.az xəbər verir ki, Abramoviç Klaudio Ranyerini "Çelsi"nin başına gətirmək istəyir. "Leyçester Siti" ilə inanılmaz uğurlar qazanan, sıradan bir komandanı Premyer Liqanın liderliyinə yüksəldən baş məşqçinin uğurları iş adamının diqqətindən yayınmayıb.
Qeyd edək ki, 64 yaşlı italyan mütəxəssis 2000-2004-cü illərdə "Çelsi"yə başçılıq edib. O, indiyədək "Napoli", "Fiorentina", "Valensiya", "Atletiko", "Yuventus", "Roma", "İnter", "Monako" kimi məşhur klublara, həmçinin Yunanıstan millisinə başçılıq edib.
Fanat.az