"Neftçi"dən istefa verən Əsgər Abdullayev "Turan Tovuz"la anlaşıb. Fanat.az xəbər verir ki, baş məşqçi Tovuz klubunu çalışdırmağa razılıq verib.
53 yaşlı mütəxəssis XVIII turda lider "Neftçala" ilə oyunu tribunadan izləyəcək və bundan sonra komandanın başına keçəcək. Onun XIX turda komandanı "Mil-Muğan"la oyuna çıxırması gözlənilir.
Artıq Əsgər Abdullayevin köməkçilərindən biri müəyyənləşib. Baş məşqçi AZAL və "Araz Naxçıvan"da rəhbərliyi altında oynamış Aqil Nəbiyevlə işləmək qərarına gəlib.
Fanat.az