AÇ-2004-ün iştirakçısı həbs olundu - Cəzası açıqlandı

AÇ-2004-ün iştirakçısı həbs olundu - Cəzası açıqlandı

Rusiya millisinin heyətində AÇ-2004-ün iştirakçısı olan Aleksey Buqayev həbs olunub. 

Fanat.Az xəbər verir ki, 43 yaşlı Buqayev narkotik vasitələrin qanunsuz dövriyyəsinə cəhddə təqsirli bilinib. 

Veteran futbolçu cəzasını ciddi rejimli koloniyada çəkmək şərtilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

“Torpedo”, “Tom”, “Lokomotiv” və “Krasnodar”ın keçmiş müdafiəçisi ötən ilin oktyabrında Krasnodar vilayətində saxlanılıb, ondan 500 qrama yaxın metilefedron törəməsi aşkar edilib.

Buqaev Rusiya millisində 7 oyun keçirib. O, 2010-cu ildə futbolçu karyerasını başa vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər