Fransa çempionatında 2015/16 mövsümünün qalibi müəyyənləşib. Fanat.az xəbər verir ki, PSJ sona 8 tur qalmış çempionluğunu elan edib.
XXX turda "Troya"nın qonağı olan Paris klubu 9:0 hesablı qələbə qazanıb. PSJ-nin şeyətində Zlatan İbrahimoviç 4, Edinson Kavani 2, Xavyer Pastore və Adrien Rabiot 1 qol vurub. Daha bir topu isə "Troya"dan Mattye Saunyer öz qapısına göndərib.
Bununla da PSJ mövsümün sonuna 8 tur qalmış çempionluğu rəsmiləşdirib. Bu Paris klubunun ardıcıl 4-cü, ümumilikdə isə 6-cı çempionluğu olub.
| 1. | PSJ | 30 | 24 | 5 | 1 | 77:15 | 77 |
| 2. | Monako | 30 | 13 | 13 | 4 | 44:34 | 52 |
| 3. | Nitsa | 30 | 13 | 8 | 9 | 43:33 | 47 |
| 4. | Lion | 29 | 13 | 6 | 10 |