75-ci qol və mövsümdə ilk

75-ci qol və mövsümdə ilk
"Səbail” Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk səfər qələbəsini qazanıb.
 
Fanat.Az xəbər verir ki, bu, XII turun "Keşlə” ilə qarşılaşmasına təsadüf edib.
 
2:0 hesabı ilə qalib gələn Aftandil Hacıyevin yetirmələri rəqib meydanında son uğuruna da "Keşlə” ilə görüşdə imza atmışdı. Ötən mövsümün fevralın 7-dəki qarşılaşmasında 1:0 hesabı ilə qalib gələn "Səbail” sonrakı 7 səfər matçında qələbəyə həsrət qalmışdı.
 
"Keşlə”nin qapısına vurulan ilk top isə yubileylə əlamətdar olub. "Dənizçilər” Premyer Liqada 75-ci qoluna imza atıb, ardınca bu rəqəmi 76-ya çatdırıb. Buna 87-ci görüşündə çatan "Səbail” evdə 32, səfərdə 44 qol vurub.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər