I divizionda XXIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə oyununda MOİK "Zaqatala"nın qonağı olub. Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İkinci oyun günündə daha üç qarşılaşma baş tutub. Azər Məmmədovun het-trik etdiyi oyunda "Turan-Tovuz" "Energetik"i darmadağın edib. "Şərurspor" "Ağsu"nu 3:2, "Mil-Muğan" "Bakılı"nı 2:0 hesabı ilə yenib.
Son üç qarşılaşma bu gün baş tutub. Lider "Neftçala" "Şahdağ"ın qonağı olub. 7 qolun vurulduğu oyunda meydan sahibləri 4:3 hesablı qələbə qazanıb. Bundan yararlanan "Qaradağ Lökbatan" səfərdə "Şəmkir"i 1:0 hesabı ilə yenərək sona 3 tur qalmış liderlə xal fərqini 1-ə endirib. "Bakı" - "Göyəzən" oyunu isə "sülh"lə yekunlaşıb - 1:1.
I divizion
2015/16 mövsümü
II dövrə, XXIII tur
20 aprel
Zaqatala - MOİK 0:1
Qol: Fərid Kərimzadə, 46.
21 aprel
Ağsu - Şərurspor 2:3
Qollar: Elnur Mustafazadə, 30. İsa Cəbiyev, 35 - Rəhman Musayev, 31; 61. Fariz Nəcəfov, 52.
Turan Tovuz - Energetik 5:0
Qollar: Tuqay Alhüseynli, 25. İlkin Rzayev, 33. Azər Məmmədov, 45; 54; 90.
Mil-Muğan - Bakılı 2:0
Qollar: Bayram Əliyev, 16. Səccad Kerman, 23.
22 aprel
Bakı - Göyəzən 1:1
Qollar: Kamil Nurəhmədov, 80-pen. Azad Böyükkişiyev, 20.
Şəmkir - Qaradağ Lökbatan 0:1
Qol: Raul Yaqubzadə, 67-pen.
Şahdağ - Neftçala 4:3
Qollar: Sərxan Ağayev, 22-pen; 71. Şahin Məmmədov, 35. Mübarək Şahquliyev, 61 (avtoqol) - Roini İsmayılov, 25. Anar Babayev, 37. Fərid Səmədzadə, 90+1.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Neftçala | 23 | 17 | 2 | 4 | 58:18 | 53 | |
| 2 | Qaradağ L | 23 | 16 | 4 | 3 | 44:24 | 52 | |
| 3 | Ağsu | 23 | 12 | 7 | 4 | 40:21 | 43 | |
| 4 | MOİK | 23 | 12 | 4 | 7 | 42:22 | 40 | |
| 5 | Şəmkir | 23 | 9 | 8 | 6 | 27:20 | 35 | |
| 6 | Zaqatala | 23 | 8 | 8 | 7 | 40:31 | 32 | |
| 7 | Turan T | 23 | 9 | 5 | 9 | 32:26 | 32 | |
| 8 | Mil-Muğan | 23 | 8 | 7 | 8 | 28:24 | 31 | |
| 9 | Şahdağ | 23 | 8 | 6 | 9 | 29:38 | 30 | |
| 10 | Bakılı | 23 | 7 | 5 | 11 | 28:40 | 26 | |
| 11 | Şərurspor | 23 | 7 | 4 | 12 | 40:40 | 25 | |
| 12 | Energetik | 23 | 3 | 3 | 17 | 10:87 | 12 | |
| 13 | Göyəzən | 23 | 2 | 6 | 15 | 13:39 | 12 | |
| 14 | Bakı | 23 | 7 | 3 | 13 | 27:39 | 9 | |
| Bombardirlər | Röyal Nəcəfov (MOİK) - 17. Oruc Balaşlı (Zaqatala) - 16. Rəhman Musayev (Şərurspor) – 15. David Canelidze (Neftçala) - 14. | |||||||
| Qeyd: | FIFA-nın İntizam Komitəsinin qərarına əsasən “Bakı”nın 15 xalı silinib. | |||||||
Fanat.az