"6-7 saat yol gəlib süni otda oynamaq asan deyil”

"6-7 saat yol gəlib süni otda oynamaq asan deyil”

"Neftçi”nin futbolçusu Kenni Sayef Misli Premyer Liqasının 8-ci turunda “Turan Tovuz”a qarşı keçirəcəkləri oyunla bağlı klubun rəsmi televiziyasına danışıb. 

Fanat.Az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi qələbəyə kökləndiklərini bildirib:

“Hamımız tam köklənmişik. Daha sonra irəli baxacağıq. Düşünürəm ki, biz tam hazırıq.

Sayef Tovuz şəhər stadionun ot örtüyünün süni olması barədə fikirlərini bölüşüb:

“Bu, “Turan Tovuz”a qarşı çıxış edən hər komanda üçün problemdir. 6-7 saatlıq yol qət edəndən sonra süni ot üzərində oynamaq elə də asan deyil”.

Futbolçu son olaraq cəza səbəbindən bu matçda iştirak etməyəcək Yuri Matiasın komanda üçün vacib futbolçu olduğunu vurğulayıb:

“Amma inanıram ki, bu rəqibə qarşı meydana çıxacaq oyunçular öz işlərinin öhdəsindən layiqincə gələcəklər. Çünki biz “Neftçi”də oynayırıq. Hər kəs tam gücü ilə mübarizə aparmağa çalışacaq”.

Sentyabrın 30-da keçiriləcək “Turan Tovuz” – “Neftçi” görüşü saat 16:00-da start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər