544 gündən sonra

544 gündən sonra
"Qarabağ” Premyer Liqanın 2020/2021 mövsümündə ilk səfər məğlubiyyətini alıb.
 
Fanat.Az xəbər verir ki, bu, çempionatın sonuncu – XXVIII turuna təsadüf edib. "Neftçi” ilə qarşılaşmada 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi cari mövsüm rəqib meydanında uduzmamışdı.
 
Qurban Qurbanovun yetirmələri sonuncu dəfə 2019-cu il noyabrın 22-də "Sumqayıt”la səfər matçında məğlubiyyətlə üzləşib. 544 gün öncə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib. Son 17 səfər görüşündə uduzmayan "Qarabağ” bu müddətdə 9 qələbə qazanıb və 8 heç-heçə edib.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər