“45 mini zorla tapmışam” - Maşallah Əhmədov

“45 mini zorla tapmışam” - Maşallah Əhmədov

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə M.Əhmədov çıxış edərək hazırda 45 min manat düzəldə bildiyini deyib və məhkəmədən ona vaxt verilməsini istəyib: “Bu pulu indi zərərçəkən Yusif Əzizova verim, ayın 30-a kimi də qalanını düzəldərəm. İndi pul tapmaq asan məsələ deyil. Bunu da zorla tapmışam. Yusifi öyrədiblər, məndən bu qədər pul tələb edir”.

Y.Əzizov isə bununla razılaşmadığını deyib: “128 min manatımı versin, vermirsə hökm oxunsun”.

M.Əhmədovun oğlu Tərlan Əhmədov əlavə 65 min manat toplaya biləcəklərini deyib və bunun üçün vaxt istəyib.

Hakim bildirib ki, məhkəmə M.Əhmədovun çıxışını son söz kimi qəbul edir.

Məhkəmə prosesi yanvarın 30-da davam etdiriləcək.(qafqazinfo)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər