4 qol, 8 televizor

4 qol, 8 televizor

Məşhur “SKY Sport” kanalı DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyanın qonağı olan milli komandamızla bağlı maraqlı iddia ilə çıxış edib. 

Fanat.Az xəbər verir ki, səfər zamanı Belfastdakı yerli elektorinka mağazasından millimiz üçün 8 ədəd televizor alınıb. Həmin cihazlar oyun başa çatdıqdan sonra komandamızı ölkəyə gətirən təyyarəyə yüklənib.

 

 

Bildirilib ki, bu televizorların ümumi dəyəri 12 min funt-sterlinqdir.

Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan görüşü meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər