4 ölkənin AÇ-2025-də iştirakı rəsmiləşdi

4 ölkənin AÇ-2025-də iştirakı rəsmiləşdi

Dörd ölkənin 21 yaşadək futbolçulardan ibarət yığmasının Slovakiyada keçiriləcək AÇ-2025-də iştirakı rəsmiləşib. 

Fanat.Az xəbər verir ki, hazırda qruplarında qalib olan İspaniya, Nidreland və Ukrayna qitə çempionatının final mərhələsinə vəsiqə qazanıb. 

Bu üç yığma vəsiqəni sona iki tur qalmış təmin edib. Slovakiya isə ev sahibi kimi AÇ-də iştirak edəcək. 

Qeyd edək ki, seçmə mərhələdə mübarizə aparan Azərbaycanın U-21-i  8 oyundan sonra 3 xalla sonuncu - altıncı pillədə qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər