4 kluba 400 manat cərimə

4 kluba 400 manat cərimə
AFFA İntizam Komitəsinin növbəti iclası keçilib. Fanat.az xəbər verir ki, komitə üzvləri I divizionun XX turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
MOİK-lə oyunun 77-ci dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alan “Bakılı”nın futbolçusu Rasim Daşdəmirov 2 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimələnib.
"Şahdağ"ın “Mil-Muğan”la oyunda 4, “Şərurspor”un “Turan Tovuz”la matçda 5 futbolçusu sarı vərəqə alıb. Hər iki klubu 100 manat cərimlənib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər