PSJ-dən ayrılan Zlatan İbrahimoviçə ilginc təklif gəlib. Fanat.az xəbər verir ki, Almaniyanın 4-cü liqasında çıxış edən "Rot Veyss Oberhauzen" isveçli futbolçuya təklif göndərib.
Özü də təklifin mətni çox maraqlıdı. Belə ki, klub prezidenti Hajo Sommers İbrahimoviç 2 illik müqaviləyə qol çəksə, Oberhauzen şəhərini monarxiya rejiminə keçirib, isveçli ulduzu kral elan edəcəklərini bildirib. Həmçinin Zlatan üçün xüsusi taxt da quracaqlarını deyib.
Klub prezidenti təklifləri qəbul edilsə, 20 il əvvəl bağlanan bələdiyyə hovuzunun da sadəcə İbrahimoviçin istifadəsinə veriləcəini bildirib.
Fanat.az