38 yaşlı Riberi yeni klubda

38 yaşlı Riberi yeni klubda

İtaliyanın "Salernitana" klubu təcrübəli futbolçu Frank Riberini heyətinə qatır. 

Fanat.Az xəbər verir ki, məlumatı idman jurnalisti Nikolo Skira yayıb. 

Xəbərə görə, 38 yaşlı yarımmüdafiəçi ilə artıq razılıq əldə olunub. Fransız futbolçu yeni klubunda 1,5 milyon və əlavə bonuslar qazanacaq. 

Qeyd edək ki, Fransa millisinin sabiq üzvü Frank Riberi karyerası ərzində "Qalatasaray" (2005), "Olimpik Marsel" (2005-2007), "Bavariya" (2007-2019), "Fiorentina (2019-2021) kimi klublarda çıxış edib. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər