38 yaşlı hücumçu ən sürətli oyunçu oldu

38 yaşlı hücumçu ən sürətli oyunçu oldu

"Sampdoriya"nın hücumçusu Fabio Kvalyarella A Seriyasının 2-ci turunun ən sürətli oyunçusu olub.

Fanat.Az Genuya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu "Sassuolo" ilə oyun zamanı (0:0) etdiyi reydlərin birində 35,07 km/s sürət yığıb.

Peşəkar karyerasına "Torino"da başlayan, daha sonra "Askoli", "Udineze", "Napoli" və "Yuventus" kimi klubların şərəfini qoruyan Kvalyarella 2016-cı ildən indiki komandasında çıxış edir. 

İtaliyanın bütün yaş qrupları üzrə yığmalarında oynamış forbard 2007-2019-cu illər arasında dəvət aldığı əsas millidə 29 matça çıxaraq 9 qol vurub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər