Karyerasını ABŞ-da davam etdirən Didye Droqba sürpriz təklif alıb. Fanat.az хəbər verir ki, 37 yaşlı fxutbolçu Cənubi Amerika klublarının maraq dairəsinə düşüb.
Argentina mətbuatının məlumatına görə, ölkənin "San Lorenzo" klubu "Montreal Impact"la müqaviləsi dekabrda başa çatacaq Droqbanı heytinə qatmaq istəyir.
ABŞ-ın MLS liqasında keçirdiyi 11 oyunda 11 qol vuran afrikalı ulduz üçün İngiltərə mətbuatı da yeni iddia ilə çıхış etmişdi. Həmkarlarımızın yaydığı məlumata görə, "Çelsi" üçüncü dəfə onu heyətinə qatmaqda maraqlıdı. Amma Droqba Londona dönmək istəmir.
Fanat.az