Çin klubları Avropada oynayan daha bir futbolçunu hədəfə alıb. Fanat.az xəbər verir ki, "Şanxay Şenhua" klubu "Antalyaspor"un formasını geyinən Samuel Etoya elçi düşüb.
Çin klubu kamerunlu futbolçu üçün 189 milyon avroluq təklif göndərib. Lakin klubun prezidenti Gültekin Gencer "Etonu satmaq barədə düşünmürük" deyərək təklifdən imtina edib.
Qeyd edək ki, martın 10-da 35 yaşını qeyd edəcək Eto bu mövsüm Super Liqada 19 oyun keçirərək 13 qol vurub. O, indiyədək İspaniyada "Real", "Leqanes", "Espanyol", "Malyorka", "Barselona", İtaliyada "Milan", "Sampdoriya", Rusiyada "Anji", İngiltərədə "Çelsi" və "Everton"un formasını geyinib, Kamerun yığmasında keçirdiyi 118 oyunda 56 qol vurub.
Fanat.az