30 il sonra aşağı liqada

30 il sonra aşağı liqada
İngiltərə Premyer Liqasını tərk edən ilk klub müəyyənləşib. Fanat.az xəbər verir ki, "Aston Villa" aşağı liqaya yuvarlanıb.
Birmingem təmsilçisi XXXIV turda səfərdə "Mançester Yunayted"ə 0:1 hesabı ilə yenilib. Son 4 tur qalmış 17-ci pillədəki "Norviç"dən 15 xal geri qalan "Aston Villa"nın "Çempionşip"ə yuvarlanması rəsmiləşib.
Qeyd edək ki, 1874-cü ildə yaradılan "Aston Villa" Premyer Liqanın qurucularından biridi. Tarixi ərzində 7 dəfə Federasiya Kubokunu, 5 dəfə Liqa Kubokunu, 1 dəfə İngiltərə Super Kubokunu qazanan klub 1982-ci ildə Çempionlar Kubokunu (indiki Çempionlar Liqası) və Avropa Super Kubokunu qazanıb. 141 yaşlı klub 1986/87 mövsümündən sonra ilk dəfə Premyer Liqanı tərk edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər