3 mövsümdə 476 milyon avro qazandılar

3 mövsümdə 476 milyon avro qazandılar
Dortmund "Borussiya”sı son 3 mövsümdə futbolçularının satışından 476 milyon avro gəlir əldə edib.
Fanat.Az xəbər verir ki, alman klubu 2016/17 mövsümündə Henrix Mxitaryan ("Arsenal”, İngiltərə), Mats Hummels ("Bavariya”, Almaniya), İlkay Gündoğan ("Mançester Siti”, İngiltərə) və Yakub Blaşikovskinin ("Volfsburq”, Almaniya) satışından 111 milyon avro əldə edib.
"Borussiya" 2017/18 mövsümündə Osman Dembele ("Barselona”, İspaniya), Pyer-Emerik Obameyanq ("Arsenal”, İngiltərə), Mattias Qinter ("Borussiya”, Münhenqladbax), Emre Mor ("Selta”, İspaniya), Sven Bender ("Bayer”, Almaniya) və Adrian Ramosun ("Çuntsin Lifan”, Çin) satışından 251 milyon avro qazanıb.
Bu mövsüm isə Andrey Yarmolenko ("Vest Hem”, İngiltərə), Sokratis Papastatopulos ("Arsenal”, İngiltərə), Mikel Merino ("Nyukasl”, İngiltərə), Qonsalo Kastro ("Ştutqart”, Almaniya) və bu gün "Çelsi”yə keçən Kristian Pulişiç klub büdcəsini 114 milyon avro zənginləşdirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər