"Şalke"nin kamerunlu futbolçusu Erik Maksim Çopo-Motinq yığmadan imtina edib.
Klubun rəsmi saytında 27 yaşlı hücumçunun yığmada oynamayacağı bildirilib. Buna səbəb futbolçunun klub karyerasına daha çox diqqət ayırmaq istəməsidi.
Açıqlamada futbolçunun 14 apreldə başlayacaq Afrika Millətlər Kubokuna getməyəcəyi və "Şalke"nin İspaniyanın Benidorm şəhərindəki təlim-məşq toplanışına qatılacağı bildirilib.
Futbolçu bundesliqada çıxdığı 13 oyunda 3 qol vurub, eyni sayda da qol ötürməsinin müəllifidi. Kamerun yığmasının formasında isə 14 oyunda 11 dəfə qapı torunu silkələyib.
Fanat.Az