Ötən gün baş tutan Nigeriya - Misir oyunu ajiotajla yadda qalıb. Fanat.az xəbər verir ki, matça stadionun tutumunun 2 qatı qədər azarkeş gəlməsi maraqlı görüntülər yaradıb.
Belə ki, Nigeriyanın Kaduna ştatının 25 minlik "Ahmed Bello" stadionuna təxminən 40 minə yaxın adam toplaşıb. Buna səbəb isə Kadunanın qubernatoru Naser El-Rufayın bütün biletləri alması və oyuna girişi sərbəst etməsi olub.


Fanat.az