Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları davam edir. Fanat.az xəbər verir ki, ötən gecə "Atletiko" 1/4 finala vəsiqə əldə edib.
PSV ilə səfər oyunundan 0:0 hesablı heç-heçə ilə qayıdan Madrid klubu evdəki matçın əsas və əlavə vaxtında rəqib qapısına yol tapa bilməyib. Bu səbəbdən qalib penalti seriyasında müəyyənləşib. Komandalar hərəyə 8 penalti vurub və PSV-dən topa son yaxınlaşan Lusiano Narsinqin zərbəsi dəqiq olmayıb. Bununla da "Atletiko" adını qitənin 8 ən güclü komandası arasına yazdırıb.
Fanat.az