"Keşlə" hazırlıq planını açıqladı

"Keşlə" hazırlıq planını açıqladı
Azərbaycan kubokunun son qalibi "Keşlə" iyun ayının 15-dən məşqlərə başlayacaq.
 
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, UEFA Konfrans Liqasına vəsiqə qazanmış komandanın hazırlıq planı iki mərhələdən ibarət olacaq.
 
Birinci mərhələdə Bakıda məşqlərə başlayacaq paytaxt təmsilçisi iyulun 1-də Qəbələyə yollanacaq. Bakı toplanışından öncə komanda tibbi-müayinədən keçəcək. İyunun 27-də Bakıda yoxlama matçı planlaşdırılır.
"Keşlə" 1-14 iyul tarixlərini əhatə edəcək ikinci mərhələdə Qəbələdə üç yoxlama matçı keçirməyi planlaşdırır. Oyunlar 5, 10, 14 iyul tarixlərində keçiriləcək. Rəqiblər haqqında hələlik məlumat verilməyib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər