2021-ci ilin ən çox vuran qapıçısı açıqlandı

2021-ci ilin ən çox vuran qapıçısı açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ildə ən çox qol vuran qapıçının adını açıqlayıb.

Fanat.Az IFFHS-ın rəsmi saytına istinadən xəbər verir ki, bu, Paraqvayın "Quarani" klubunun qolkiperi Qaspar Serviodur.

29 yaşlı oyunçu yerli çempionatda 7 dəfə penaltidən fərqlənib.

Serviodan başqa 2021-ci ildə yalnız bir qapıçı birdən çox qol vurub. Braziliyanın "Atletiko Qoiyaniense" komandasından Jean Paulo Fernandeş Filyo 2 dəfə rəqib qapılarında yol tapıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər