Millimiz Makedoniyaya uduzdu

Millimiz Makedoniyaya uduzdu

Aprelin 6-dan Bakıda təlim-məşq toplanışı keçən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama görüşünə çıxıb. Fanat.Az xəbər verir ki, baş məşqçi Təbriz Həsənov yetirmələrini Makedoniya ilə oyunda sınayıb.

 

“Dalğa Arena”da baş tutan matçın ilk hissəsində qapılara qol vurulmayıb. Qonaqlar 75-ci dəqiqədə Boyan Kolevskinin vurduğu yeganə qol sayəsində meydandan 1:0 hesablı qalibiyyətlə ayrılıblar.

 

Qeyd edək ki, bu komandalar aprelin 13-də növbəti dəfə üz-üzə gələcəklər. Görüş saat 17:00-da start götürəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər