Vergilər Nazirliyi ölkədən çıxışına qadağa qoyulan vergi ödəyicilərinin adlarını açıqlayıb.
Fanat.az xəbər verir ki, Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.
Bu isə o deməkdi ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir.
Vergilər Nazirliyi Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin adlarını açıqlayıb. Onlar arasında "Bakı" futbol klubu MMC-nin rəhbəri Zeynal Məmmədov da var. O, məşhur iş adamı Hafiz Məmmədovun (Hafka) qardaşı, "Bakı" klubunun keçmiş vitse-prezidentidi.
Fanat.az