"Ronaldo ilə birlikdə olanda..." - FOTOLAR

"Ronaldo ilə birlikdə olanda..." - FOTOLAR

İspan model və aktrisa Mireya Kanalda maraqlı açıqlamalar verib. Fanat.az xəbər verir ki, model futbolçularla eşq macəralarından danışıb.

Kanalda "Real"ın keçmiş ulduzu, braziliyalı Ronaldonun onu çox sevdiyini bildirib: "Ronaldo ilə 9 ay birlikdə olduq. Onunla birlikdə olanda məni çox sevirdi".

Mireyanın "Barselona"nın sabiq ulduzu Ronaldinyo ilə də münasibətdə olduğu deyilirdi. Lakin o, bu iddiaları təkzib edib: "Ronaldinyo ilə heç vaxt birlikdə olmamışam".

Model Samuel Eto ilə də münasibətlərindən danışıb: "Onunla münasibətlərimiz fərqli idi. Etonun ailəsində problemlər var idi və mən onun üçün təsəlli tapdığı qadın olmuşdum".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər