Premyer Liqanın XXX turunda "Qəbələ" doğma azarkeşləri önündə "Rəvan"ı qəbul edir. Fanat.az xəbər verir ki, Qəbələdə baş tutan qarşılaşmada meydan sahibləri ciddi itki ilə üzləşib.
Belə ki, Ruslan Abışov matçın 30-cu dəqiqəsində zədələndiyi üçün oyunu davam etdirə bilməyib. "Qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk məcburi əvəzetməyə əl ataraq, Abışovun yerinə meydana Vojislav Stankoviçi buraxıb.
Fanat.az