Dmitri Nazarov yayda “Karlsrue”ni tərk edəcək. Fanat.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Həmkarlarımızın iddiasına görə, mövsümün sonunda II Bundesliqa klubunu 7 futbolçu tərk edəcək ki, onlardan biri də millimizin üzvüdü.
Komandadan gedişi gözlənilən futbolçuların tam siyahısı belədi: Dmitri Nazarov, Qrişa Promel, Dennis Kempe, Daniel Qordon, Yonas Meffert, Dominik Peyts, Saşa Traut.
"Nazarov "Karlsrue"də əsas heyətin daimi üzvlərindən idi. Amma son dövrlər onu daha çox ehtiyat oyunçular skamyasında görürük. Bu üzdən də onun yayda komandadan göndərilməsi ehtimalı yüksəkdi. Həm də Nazarovun klubla müqaviləsinin müddəti yayda başa çatacaq. Mümkündü ki, o, başqa bir kluba pulsuz qismət olsun" deyə həmkarlarımız futbolçumuzla bağlı yazıb.
Qeyd edək ki, Nazarov 2013-cü ildən “Karslrue”nin formasını geyinir. O, bu müddətdə 78 rəsmi oyuna çıxıb və 9 qol vurub. Cari mövsümdə meydana çıxdığı 22 rəsmi matçda 1213 dəqiqə oynayan futbolçumuz cəmi 1 qola imza ata bilib. Əvvəllər Almaniyanın "Kayzerslautern" (U-23), "Ayntraxt" (Frankfurt, U-23) və "Preusen Münster" klublarında çıxış edən futbolçu 2014-cü ildən çağırıldığı millimizdə 14 oyun keçirərək 4 qol vurub.
Fanat.az