Roman Qriqorçuk "Qarabağ"la oyunla (1:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi bunları deyib:
"Cari mövsüm ilk dəfə "Qarabağ"a uduzduq. Rəqib özünü yaxşı tərəfdən göstərdi. "Qarabağ" bu gün bizdən güclü idi. "Qarabağ"la görüşdə hər bir futbolçu özünün ən yaxşı oyununu sərgiləməli və kobud səhvə yol verməməli idi. Bu gün çox səhvə yol verdiyimizi söyləyə bilmərəm. Rəqibi yaxşı analiz etmişdik. Ancaq hər iki qol cərimə meydançasının içindən, yaxın məsafədən vuruldu və heç bir müdafiəçi rəqib futbolçulara mane ola bilmədi. Belə səhvlərə yol verməklə qələbə qazanmaq olmaz. "Qarabağ" kimi komanda ilə görüşdə isə qələbə qazanmaq mümkünsüz idi". (CBC Sport)
Fanat.az