Millimizin üzvü Almaniyada qol vurdu

Millimizin üzvü Almaniyada qol vurdu

Milli komandamızın üzvü Renat Dadaşov növbəti qolunu vurub. Fanat.Az xəbər verir ki, o, Frankfurt "Ayntraxt"ının U-19 komandasının heyətində fərqlənib.

Almaniya Gənclər liqasının Cənub zonasında yarışan "Ayntxaxt" "Hoffenhaym"ın qonağı olub. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Renat 28-ci dəqiqədə hesabı açsa da, komandası üstünlüyü qoruya bilməyib. Futbolçumuz sonadək meydanda olub.

Qeyd edək ki, "Ayntraxt" 2 turdan sonra 3 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər