2 qat dünya çempionumuza hücum etdilər

2 qat dünya çempionumuza hücum etdilər
Yunan-Roma güləşi üzrə ikiqat Dünya və ikiqat Avropa çempionu, Avropa Oyunlarının bürünc mükafatçısı Elman Muxtarovun “Facebook” hesabı xaker hücumuna məruz qalıb.
 
Fanat.az xəbər verir ki, hesabın parolunu oğurlayanlar idmançımızın dostluğundakı xanımlardan biri ilə sevgi münasibətində olduğunu işarələyib. Ancaq bir neçə dəqiqə sonra həmin münasibətdə olduğu görüntü ləğv etdirilib. İdmançı özü hesabını geri qaytara bilib və sosial şəbəkə vasitəsi ilə belə açıqlama verib: “Mən münasibət qurmamışdım. Kimsə mənim parolumu oğurlayıb edib”.
 
Xatırladaq ki, E.Muxtarov yeniyetmələrin I Yay Olimpiya Oyunlarının da qalibidi. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər