İtaliya A Seriyasının sabiq hücumçusu Françesko Flaçi 12 illik fasilədən sonra yenidən futbola qayıdıb.
Fanat.Az xəbər verir ki, karyerası ərzində A Seriyasında 134 oyun keçirən Flaçi 42 qol vurub və 2010-cu ildə cəzalandırıldıqdan sonra futbolu tərk edib. İtaliyalı hücumçu narkotikdən istifadəyə görə diskvalifikasiya edilmişdi.
46 yaşlı Flaçi karyerasını öz qərarı ilə bitirmək üçün bu addımı atıb. O, bunun üçün İtaliyanın 5-ci klasterində mübarizə aparan doğma şəhərinin “Signa 1914” klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, karyerasının ən yaxşı dövrlərini “Sampdoriya”da keçirən Flaçi 8 il bu klubda top qovub. O, 2007-ci ildə cəzalandırıldıqdan sonra "Sampdoriya"dan ayrılıb. 2009-cu ildə futbola qayıdan futbolçu "Empoli" ilə müqavilə imzalayıb. Daha sonra "Breşiya"ya keçib və 2010-cu ildə B Seriyasında çıxış edərkən ikinci dəfə futboldan uzaqlaşdırılıb.
Flaçi karyerası ərzində ümumilikdə 135 qola imza atıb və bu qolların 42-ni A Seriyasında, 24-nü isə İtaliya Kubokunda vurub.
Françesko Flaçi mövsümün sonunda futbolla vidalaşmaq və məşqçilik karyerasına "Signa 1914" forması ilə başlamaq niyyətindədir.