Hollandiya Kubokunun qalibi müəyyələşib. Fanat.Az xəbər verir ki, finalda "Vitess" və"Alkmaar" qarşılaşıb.
Rotterdam şəhərindəki Kuip stadionunda keçrilən finalda 2 qol vurulub və "Vitess" 2:0 hesablı qələbə qazanıb. Hər iki qola Rikki van Volfsvinkel imza atıb.
Qeyd edək ki, "Vitess" klubu 1892-ci ildə yaradılıb. Hollandiya Kuboku isə 1899-cu ildən keçrilir. Bu klub ilk dəfə kuboka sahib çıxıb.
Fanat.Az