10-a yaxın Olimpiya Kompleksinin tikintisi donduruldu

10-a yaxın Olimpiya Kompleksinin tikintisi donduruldu

Azərbaycanda 10-a yaxın Olimpiya Kompleksinin tikintisi dondurulub. Fanat.Az xəbər verir ki, bu barədə haqqin.az saytına müsahibəsində gənclər və idman naziri Azad Rəhimov məlumat verib:

 

"Böhranın idmana ancaq infrastrukturun tikintisi məsələsində təsiri olub. Bu gün bizdə ona yaxın olimpiya kompleksinin tikintisi dondurulub. Yəqin ki, tikilməkdə olan bu obyektləri başa çatdırmaq üçün hansısa vəsaitlər ayrılacaq. Bütün qalan məsələlərdə isə ixtisar yoxdur, yeri gəlmişkən, bizə idmana ildə 9 milyon ayırırlar. Yəni bu vəsait azaldılmayıb. Federasiyalar isə ayrı məsələdir. Onları bir çox özəl şirkətlər maliyyələşdirir".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər