1 il oynamayacaq ulduz ABŞ-a gedir

1 il oynamayacaq ulduz ABŞ-a gedir

Avropa Liqasının 1/4 finalının “Anderlext”lə cavab oyununda çarpaz bağları qırılan, 1 il futbol oynaya bilməyəcəyi dəqiqləşən Zlatan İbrahimoviç karyerasını bitirmək fikrində deyil. Fanat.Az “Daily Mirror“a istinadən xəbər verir ki, “Mançester Yunayted”in forvardı zədəsinin ciddiliyinə rəğmən, 3 ABŞ klubundan təklif alıb.

İsveçlini istəyən klubların adları açıqlanmasa da, 3 variantdan birini seçərək ABŞ-a yollanacağı bildirilir.

 

Qeyd edək ki, 36 yaşlı Zlatan bu mövsüm MY-də 28 top vurub.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər