Lunyov İspaniyadan "qızıl"la dönür

Lunyov İspaniyadan "qızıl"la dönür

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov İspaniyanın Qranada şəhərində keçirilən ISSF Qran-Pri turnirində qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, 33 yaşlı idmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada bütün rəqiblərini üstələyərək yarışın baş mükafatına sahib çıxıb.

Qeyd edək ki, Lunyov bu il Sloveniya və Xorvatiyada keçirilən analoji turnirlərdə, müvafiq olaraq, qızıl və gümüş medal qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər