U-19-un baş məşqçisi Arif Əsədov bu postdan gedə bilər. Fanat.az xəbər verir ki, bu barədə mütəxəssis özü futbol11.az saytına açıqlama verib.
İsveçə 1:5 hesabı ilə uduzub Avropa çempionatının seçmə mərhələsində qrup sonuncusu olan millimizin aqibəti ilə bağlı sualı cavablandıran Əsədov bunları deyi: "Mənim müqaviləm bu mərhələnin axırına kimi idi. Əgər, növbəti tura çıxsaydıq, yəqin ki, davam edəcəkdi. Amma, indi bu yaş qrupu bundan sonra U-19-da oynaya bilmir. Yalnız Olimpiya yığması kimi fəaliyyət göstərə bilər. Çünki, bizdə U-20 yoxdu. Bundan sonra necə olacaq, bunu deyə bilmərəm. Çünki, görüşdükdən sonra nəsə deyə biləcəm".
Fanat.az