“Bütün dövrlərin ən yaxşısı mənəm, nöqtə” - Ronaldu

“Bütün dövrlərin ən yaxşısı mənəm, nöqtə” -  Ronaldu
Portuqaliyalı ulduz Kriştianu Ronaldu (Cristiano Ronaldo) karyerası, Lionel Messi ilə rəqabəti və qazandığı uğurlar barədə danışıb.
Fanat.Az xəbər verir ki, portuqaliyalı forvard bununla bağıı CNN Portugal telekanalına müsahibə verib.
Ronaldu özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab etdiyini bildirib.
“Bütün dövrlərin ən yaxşısı mənəm, nöqtə. Rəqəmlər hər şeyi deyir. Məndən daha yaxşı futbolçu tanımıram. Tarix artıq yazılıb. Bu gün karyeramı bitirsəm belə, heç nəyə görə peşman olmazdım”, - deyə Ronaldu bildirib.
O, Lionel Messi ilə uzun illər davam edən rəqabətə də toxunub. Ronaldunun sözlərinə görə, hər iki futbolçu bir-birini daha yaxşı olmağa motivasiya edib.
Qeyd edək ki, karyerası ərzində 980 rəsmi qola imza atan portuqaliyalı əfsanə bu rəqəmi 1000-ə çatdırmaq istəyir.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər