Rusiya Milli Futbol Liqasında 13-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin də çıxış etdiyi "Soçi" (Sochi) evdə "Ufa"nı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ramil Şeydayev matçın 76-cı dəqiqəsində - hesab artıq açıldıqdan sonra meydana daxil olub və heç bir məhsudarlıqla yadda qalmayıb.
Qeyd edək ki, bu nəticədən sonra "Soçi" 26 xalla turnir cədvəlinin 2-ci pilləsində yer alıb.