1-ci Liqanın 4-cü turunda səfərdə "Səbail" ilə 1:1 hesablı heç-heçə edən "Karvan-Yevlax" çempionatdakı növbəti matçını əvvəlki oyunlarda maksimum nəticə göstərmiş "Gəncəbasar"a qarşı keçirəcək. Yevlax təmsilçisinin hücumçusu Samir Abdullayevlə əlaqə saxlayıb həm son qar.ılaşma, həm də gəncləlilərlə qarşıdakı oyun barədə fikirlərini soruşduq.
Ön xətt oyunçusunun Fanat.Az-a açıqlaması belə oldu:
"Səbail"lə oyunda iki xal itirdiyimizi düşünurəm. Qələbəyə daha yaxın tərəf biz idik. Epizodları qolla yekunlaşdırsaydıq, hesab fərqli ola bilərdi. Amma yenə də səfərdə heç-heçə pis nəticə deyil.
"Gəncəbasar" çox yaxşı komandadır. Bunu rəqibin nəticələrindən də görmek olur, amma bizim üçün əsas öz oyunumuzdur ve bu bu oyuna da qələbə üçün cıxacağıq. Rəqibin kimliyinin bizim ücün önəmi yoxdur. Maksimum nəticə qazanmaq üçün əlimizdən gələni edeceyik".
Nihat