"Sabah" 13 oktyabrda UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Slaviya"nı (Slavia Praha, Slavia Prague) qonaq edəcək. Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyevlə əlaqə saxlayıb "bayquşlar"ın ÇL matçı barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Tərəflər arasında bərabər səviyyəli görüş keçəcək. "Sabah"ın öz evində oynaması böyük üstünlükdür. "Slaviya" isə keyfiyyətli komandadır. Hər iki tərəf 3 xal götürmək üçün meydana çıxacaq. "Vikinq"i (Viking) çıxmaq şərti ilə, "Sabah"ın Çempionlar Liqasının Liqa mərhələsindəki yerdə qalan rəqibləri çox güclüdürlər".
Qeyd edək ki, "bayquşlar" ilk matçını "Mançester Yunayted"ə (Manchester United) qarşı keçirib və 0:4 hesabı ilə məğlub olub.
Əlisahib İbrahimli