Azərbaycanın U-10 liqasında yeni mövsüm start götürüb.
Fanat.Az xəbər verir ki, azyaşlılar arasında keçirilən çempionatın ilk turu maraqlı məqamla yadda qalıb.
Belə ki, 4 oyuna ölkəmizi FİFA (FIFA) referisi statusunda beynəlxalq arenalarda təmsil edən hakimlər təyinat alıblar. Konkret, Əliyar Ağayev "Mübariz" - "Atletiko Bakı" (Atletico), Elçin Məsiyev "Mübariz FA" - "Difai", Kamal Umudlu "Neftçi İK" - "Şirvansaray", Tural Qurbanov isə SUHB FK - "Emirates Bakı" (Emirates) matçlarında iş başında olub.
Mirağa