"Karvan"a qarşı mübarizəyə komanda şəklində hazırıq" - "Gəncəbasar"ın vingeri

"Karvan"a qarşı mübarizəyə komanda şəklində hazırıq" -  "Gəncəbasar"ın vingeri
1-ci Liqanın ilk 4 turunda maksimum nəticə qazanan "Gəncəbasar" növbəti matçını iddialılardan olan "Karvan-Yevlax"a qarşı keçirəcək. Yevlaxda baş tutacaq matç ərəfəsində Gəncə komandasının vingeri Samir Məhərrəmli ilə əlaqə saxlayıb qarşıdakı oyun barədə fikirlərini soruşduq.
Azərbaycanın U-21 millisinin sabiq futbolçusunun Fanat.Az-a açıqlaması belə oldu:
"İlk dörd turda dörd qələbə bizim üçün çox yaxşı nəticədir. Hər matça fərqli hazırlaşırıq. Oyun planımız rəqibin oyun üslubuna uyğun hazırlanır. Baş məşqçinin verdiyi tapşırıqları mümkün qədər səhvsiz yerinə yetirməyə çalışırıq.
"Karvan-Yevlax"la oyunun hazırlıqlarına başlamışıq. Digər qarşılaşmalara olduğu kimi, bu matça da çox ciddi yanaşırıq. Bizi çətin oyun gözləsə də, "Karvan"a qarşı mübarizəyə komanda şəklində hazırıq. Uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər