“Onlar yorulmurlar, hər zaman pressinqə üstünlük verirlər” - Valdas Dambrauskas

“Onlar yorulmurlar, hər zaman pressinqə üstünlük verirlər” -  Valdas Dambrauskas
“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda Çexiyanın “Slaviya” (Slavia Praha, Slavia Prague) komandasını qəbul edəcək.
Fanat.Az xəbər verir ki, Bakı Olimpiya stadionunda keçiriləcək matçdan bir gün əvvəl “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı olub. 
Onun açıqlaması belə olub:
- "Mançester Yunayted"lə (Manchester United) matçda 3 xal gözləməyimiz düz olmazdı. "Slaviya" isə uyğun rəqibdir. Bu oyunda "Sabah"ın qələbəsini gözləmək, komandada və sizdə təzyiq yaradır?
- Bu səviyyədə oyunlarda meydana çıxdıqda əlimizdən gələni etməyə çalışırıq. Azarkeşlər də uğurlu nəticə gözləyir. "Slaviya" da qələbə qazanmaq istəyir. 90 dəqiqədə çox şey baş verə bilər. Baş məşqçi olaraq işim oyuna köklənmək və meydanda nələrin baş verdiyini izləməkdir.
- "Slaviya"nın oyun tərzi bizə nə məlumat verə bilərsiz?
- "Slaviya" güclü rəqiblərdən biridir. Rəqibin yaxşı oyun sistemi var. Bir çox məsələlərdə, fiziki cəhətdən çox hazır komandadır. Onlar yorulmurlar, hər zaman pressinqə üstünlük verirlər. "Slaviya"nın baş məqşçisi uzun zamandır oradadır. Qısa ötürmələrlə hücumameyilli oynayırlar. Çexiya çempionatında demək olar ki, bir və iki ötürmədən sonra hücuma meyillənirlər. Biz konsentrasiyanı itirməməyə çalışmalıyıq. Bu səviyyədə olan komandalar rəqibi cəzalandırmağa hazır olurlar. Öz gücümüzə inanıram. Düşünürəm ki, onların zəif nöqtələrini tapıb istifadə edəcəyik.
- "Slaviya" "Sabah"la matça 3 xal gözü ilə baxır. Bu, sizi ikiqat motivasiya edir?
- Bəli, biz bundan xəbərdarıq, uzun müddətdir ki, səfərdə qalib gələ bilmirlər. Biz nəyə qadir olduğumuzu bilirik. Bəlkə onlar üçün asan rəqib kimi görünürük. Bizim də özümüzü sübut etmək şansımız var. İnanmıram ki, bu, mənim üçün əlavə motivasiya olsun. Ən böyük motivasiya meydana çıxmaq və ən yaxşısını etməkdir.
- Milyonçu ola bilmədiniz, amma Azərbaycanda tarix yazdınız, "Sabah"ı çox önəmli yerlərə gətirdiniz. Türkiyəyə mesajınız var?
- Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Azərbaycanlı deyiləm. Amma mən də buradayam. Türkiyə futbolunun tarixini, "Qalatasaray" (Galatasaray), "Fənərbağça" (Fenerbahçe, Fenerbahce), "Beşiktaş" (Beşiktaş, Besiktas), "Trabzonspor" və digər klubların nailiyyətlərini bilirik. Orada ulduz futbolçular var. Azərbaycan da bu tarixi yazmağa davam edir. Bizim də Çempionlar Liqasında nailiyyətlərimiz pis deyil. Bilirik ki, türklər futbolu çox sevirlər. Hər zaman Türkiyəni nümunə götürürük.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər