Yeddi tur geridə qalıb, yarını keçən referi yoxdur - Hakimliyin mənzərəsi

Yeddi tur geridə qalıb, yarını keçən referi yoxdur - Hakimliyin mənzərəsi
Misli Premyer Liqasında 7 tur geridə qalıb. Keçirilən 40 oyunda ("Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" görüşləri təxirə salınıb) 15 referi iş başında olub.
Fanat.Az-ın hesablamasına görə, son turda Rəşad Əhmədov, Rauf Cabarov, Fərid Hacıyev, Kamranbəy Rəhimov, Elvin Bayramov və Əli Əliyev oyun idarə edib.
Bu turda əsasən, indiyə qədər 1-2 oyunda iş başında olan ədalət təmsilçilərinin baş hakim kimi təyinat alması təyinat sayı baxımından "onhakimiyyətlik" yaranıb. Onların hər biri 7 turdan 3-də iş başında olub. Hesablarında 2 oyun olan referilərin sayı isə 5-dir. Başqa sözlə, 7 turun yarıdan çox hissəsinə təyinat alan hakim yoxdur.
Cari turda qırmızı vərəqə alan futbolçu olmayıb. Sarı vərəqələrin sayında isə ötən turla müqayisədə azalma müşahidə olunub. Hakimlər cari turda cəmi 23 vərəqədən istifadə ediblər. Qeyd edək ki, 1-ci turda bu rəqəm 24, 2-ci və 3-cü turun hər birində 17, 4-cü turda 33, 5-ci turda 16, 6-cı turda 27 olub. Bundan başqa, 1-ci turda 1, 3-cü turda 2, 6-cı turda 1 futbolçu meydandan qovulub.
Beləliklə, 7-ci turda göstərilən 23 vərəqədən 12-si meydan sahiblərinə, 11-i isə qonaq komandanın oyunçularına göstərilib. İlk 7 tur ərzində müvafiq göstərici belədir: 71 sarı (1 qırmızı) - 86 sarı (3 qırmızı).
Beləliklə, 7 turun yekununda sarı vərəqə sayı 157-yə çatıb. Nəticədə ümumi vərəqə sayı 161-ə bərabər olub. Bu da orta hesabla hər turda 23, hər oyunda təxminən 4,03 vərəqə deməkdir.
Yeddi tur ərzində FİFA referisi Kamal Umudlu o birilərdən çox əlini cibinə atıb. O, 19 vərəqədən istifadə edib ki, bunun 2-nin rəngi qırmızı olub. Onu 15 vərəqədən yararlanan İnqilab Məmmədovi təqib edir.
Kamal Umudlu - 3 oyun
meydan sahibi 7 sarı 1 qırmızı
qonaqlar 10 1
cəmi: 17 2
İnqilab Məmmədov - 3 oyun
meydan sahibi 7 0
qonaqlar 8 0
cəmi: 15 0
Kamranbəy Rəhimov - 3 oyun
meydan sahibi 8 0
qonaqlar 7 0
cəmi: 15 0
Rauf Cabarov - 3 oyun
meydan sahibi 7 0
qonaqlar 7 0
cəmi: 14 0
Əli Əliyev - 3 oyun
meydan sahibi 7 0
qonaqlar 6 0
cəmi: 13 0
Rəşad Əhmədov - 3 oyun
meydan sahibi 6 0
qonaqlar 5 0
cəmi: 11 0
Əliyar Ağayev - 3 oyun
meydan sahibi 4 0
qonaqlar 6 0
cəmi: 10 0
Fərid Hacıyev - 3 oyun
meydan sahibi 4 0
qonaqlar 5 1
cəmi: 9 1
Rəvan Həmzəzadə - 3 oyun
meydan sahibi 1 0
qonaqlar 8 0
cəmi: 9 0
Tural Qurbanov - 3 oyun
meydan sahibi 4 0
qonaqlar 3 0
cəmi: 7 0
Vüqar Həsənli - 2 oyun
meydan sahibi 6 0
qonaqlar 5 0
cəmi: 11 0
Elçin Məsiyev - 2 oyun
meydan sahibi 5 0
qonaqlar 4 1
cəmi: 9 1
Cavid Cəlilov - 2 oyun
meydan sahibi 1 0
qonaqlar 6 0
cəmi: 7 0
Elvin Bayramov - 2 oyun
meydan sahibi 3 0
qonaqlar 4 0
cəmi: 7 0
Nicat İsmayıllı - 2 oyun
meydan sahibi 1 0
qonaqlar 2 0
cəmi: 3 0
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər