Niderlandlı mütəxəssis Klarens Zeedorf (Clarence Seedorf) məşqçilik kareyerasını Braziliyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 50 yaşlı sabiq yarımmüdafiəçi "Korintians"a (Corinthians) baş məşqçisi təyin olunub.
Məlumatı San-Paulu təmsilçisinin mətbuat xidməti yayıb.
Zeedord müddəti 2027-ci ilin sonunadək nəzərdə tutulan müqaviləyə imza atıb.
Qeyd edək ki, sözügedən mütəxəssis daha əvvəl İtaliyanın "Milan" (2014), Çinin "Şençjen" (2016), İspaniyanın "Deportivo" (2018) klublarına və Kamerun (Cameroun, Cameroon) millisini (2018–2019) də çalışdırıb. O, son vaxtlar ölkəsinin Kral Futbol Assosiasiyasının (KNVB) Müşahidə Şurasında yer alıb.
"Korintians" Braziliya çempionatında keçirdiyi 29 oyunda 32 xal toplayıb və hazırda turnir cədvəlinin 16-cı pillədə mövqe tutub.
Toğrul